Hindistanın Hərbi-Hava Qüvvələri (HHQ) Amerika Birləşmiş Ştatlarından (ABŞ) ilk AH-64E Apache hərbi vertolyotunu qəbul edib.
SİA-nın xarici kütləvi informasiya vasitələrinə istinadən verdiyi məlumata görə, bu proses 2015-ci ilin sentyabrında Hindistanla-ABŞ arasında imzalanmış müqavilə əsasında həyata keçirilib. Müqaviləyə əsasən, ABŞ Hindistanı 22 ədəd bu tip vertolyotla təmin etməlidir.
İlk hərbi vertolyotun Hindistan tərəfinə təhvil verilməsi mərasimi ABŞ-da “Boeing” korporasiyasının istehsal müəssisələrindən birində həyata keçirilib. Bu növ vertolyotların ilk partiyasının Cənubi Asiya ölkəsinə çatdırılması bu ilin iyul ayına, qalan hissəsinin təhvil verilməsi isə 2020-ci ilin martına planlaşdırılıb.
Hindistan tərəfi bildirib ki, bu tip vertolyotların alınması Hindistan HHQ-nin vertolyot parkının modernləşməsinə kömək edəcək mühüm addımdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB