Sudan müxalifəti Hərbi Şura ilə danışıqları bərpa etmək niyyətindədir

Sudan müxalifəti Hərbi Şura ilə danışıqları bərpa etmək niyyətindədir

Sudanda “Azadlıq və dəyişikliklər uğrunda qüvvələr” müxalif birliyi Keçici Hərbi Şura (KHŞ) ilə əlaqə qurduqlarını və yaxın 72 saat ərzində şura ilə danışıqları bərpa etmək etmək niyyətində olduqlarını bəyan edib.

SİA-nın xarici kütləvi informasiya vasitələrinə istinadən verdiyi xəbərə görə, müxalifət birliyinin bununla bağlı bəyanatında deyilir: “KHŞ danışıqları bərpa etmək üçün bizimlə əlaqə saxlayıb. Biz isə onlara köhnə üsulların Sudan xalqının tələbləri ilə uyğun gəlmədiyini bildirdik”.

Müxalifət hərəkatı qeyd edib ki, məsləhətləşmələrdən sonra fikir ayrılıqlarını özündə əks etdirən maddələr KHŞ-ya göndəriləcək və 72 saat ərzində həmin maddələr üzrə birbaşa müzakirələrə başlanacaq.

Daha əvvəl, Sudanda hakimiyyətdə olan KHŞ ölkədə keçici dövrün təşkili ilə bağlı “Azadlıq və dəyişikliklər uğrunda qüvvələr” müxalif birliyinin təklifləri ilə razı olmamışdı.

Hərbçiləri narazı salan əsas maddə isə ordu və təhlükəsizlik qüvvələrinin ölkənin siyasi hakimiyyətinə tabe edilməsidir.

Həmçinin, KHŞ keçid dövrünü iki illik nəzərdə tutsa da “Azadlıq və dəyişikliklər uğrunda qüvvələr” müxalif birliyi bu müddətin 4 ilə qədər uzadılmasını təklif edir.

Bütün xəbərlər Facebook səhifəmizdə