İran-İraq sərhədində zəlzələ olub

İran-İraq sərhədində zəlzələ olub

İran-İraq sərhədində 5,3 bal gücündə zəlzələ olub.

SİA-nın məlumatına görə, bu barədə ABŞ-ın Geoloji xidməti məlumat verib.

Seysmoloqların bildirdiyinə görə, zəlzələ Bakı vaxtilə saat 14:30-da qeydə alınlb. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə olub. Yeraltı təkanların episentri İraqın Xələbc şəhərindən 32 kilometr cənub-qərbdə qeydə alınıb.

Hal-hazırda dağıntılar və zərərçəkənlər barədə məlumat yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə