Petro Poroşenko prokurorluqda ifadə verib

Petro Poroşenko prokurorluqda ifadə verib

Ukrayna Baş Prokurorluğunun istintaqçıları prezident Petro Poroşenkonu 2014-cü ildə Avromaydan hadisələri ilə əlaqədar dindirib.

“SİA”nın xarici kütləvi informasiya vasitələrinə istinadən verdiyi xəbərə görə, bu barədə Baş Prokurorluğun xüsusi araşdırmalar idarəsinin rəisi Sergey Qorbatyuk məlumat verib.

Petro Poroşenko isə bugünkü dindirilmə ilə bağlı özünün Facebook səhifəsində yazıb: “Bu gün 2014-cü il Maydan İnqilabı ilə bağlı təkrar ifadələr verdim. Ümid edirəm ki, mənim əlavə suallara cavabım istintaqın sona çatmasına kömək olacaq. Bütün günahkarların layiqli cəzalarını alacaqlarına inanıram”.

Qeyd edək ki, daha əvvəl Poroşenko Baş Prokurorluqda 2016-cı ilin əvvəllərində hadisə ilə əlaqədar dindirilmiş və onun ifadələri videolentə alınmışdı. Lakin o zaman da Poroşenko verdiyi ifadənin protokoluna imza atmamışdı. Prezident Baş Prokurorluğa bu dəfəki “səfəri”ndə həmin protokola da imza atıb.

Bütün xəbərlər Facebook səhifəmizdə