ABŞ-ın bəzi fəaliyyətlərində ölkə üçün təhlükə sezilir Lavrov

ABŞ-ın bəzi fəaliyyətlərində ölkə üçün təhlükə sezilir Lavrov

Rəsmi Moskva, ABŞ-ın Asiya-Sakit Okeanı bölgəsindəki hərəkətlərində Rusiya üçün təhlükə sezir. SİA RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov açıqlama verib.

"Biz bir daha Vaşinqtonun bir sıra hərəkətlərinə, o cümlədən Yaponiya ərazisinə qlobal raket əleyhinə müdafiə sistemi elementlərini yerləşdirməsinə, bölgədəki hərbi varlığını artırmasına və ümumilikdə silahsızlanma sahəsindəki hərətəklərinə diqqət yetirdik. Biz bu fəaliyyətlərdə ölkəmiz üçün təhlükə sezirik", - Lavrov yaponiyalı həmkarı Taro Kono ilə Moskvada keçirilən danışıqlardan sonrakı mətbuat konfransında bildirib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə