Bağdadda partlayış nəticəsində 7 nəfər ölüb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, terror hadisəsi Sədr rayonunda yerləşən bazarda baş verib. Partlayıcı qurğunun işə düşməsi nəticəsində terrorçu özü də həyatını itirib.
İraq televiziyalarının təqdim etdiyi məlumatda 7 nəfərin ölümü ilə yanaşı, 10 nəfərin də yaralandığı bildirilir. Qeyd olunur ki, hadisənin baş verdiyi ərazidə əsasən şiə müsəlmanları yaşayır. Burada partlayışın baş verməsi ilk hal deyil.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB