Fermerlər və çobanlar arasındakı toqquşma 11 can aldı

Fermerlər və çobanlar arasındakı toqquşma 11 can aldı

Nigeriyanın Taraba əyalətindəki Murbai və Sembe kəndlərində çobanlar və fermerlər arasında baş vermiş toqquşmada 11 nəfər ölüb, çox sayda insan yaralanıb.

SİA-nın “sözcu.com.tr” xəbər saytına istinadən verdiyi xəbərə görə, əvvəlcə Murbai kəndindəki atışmada 5 nəfər həyatını itirib.

Sembe kəndindəki atışmada isə 6 nəfər həlak olub. Atışma nəticəsində kənddəki evlər yararsız hala düşüb və kənd sakinləri məcburi köçkün düşərgələrinə sığınıblar. Taraba əyaləti polis sözçüsü David Misal hadisələrin baş verməsini təsdiq edib. Lakin itkilər barədə dəqiq məlumat verməyib.

Qeyd edək ki, bölgə mütəmadi olaraq çoban və fermerlər arasında anoloji hadisələrə şahidlik edir.

Heyvanları otarmaq üçün ölkənin cənubuna köç edən fulanilər fermerlərin onların heyvanlarını oğurlamağa çalışdığı və bu niyyətlə kəndlərə hücum etdiklərini bildirirlər. Qeyd edək ki, Fulani çobanları xristianların üstün olduğu cənub bölgələrinə XVIII əsrdə gəldiyi və ö dövr islam alimi Şeyx Osman Dan Fodionun təriqətini yaymağa cəhd etdikləri bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə