İran xarici işlər naziri Məhəmməd Cavad Zərif rusiyalı həmkarı Sergey Lavrovla Moskvada birgə mətbuat konfransı keçirib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, tərəflər mətbuat konfransı zamanı qarşılıqlı əlaqələr və nüvə sazişinin son vəziyyətindən danışıblar.
Tərəflər juranlistlərin suallarını cavablandıraraq, nüvə sazişinin qorunub saxlanılmasının tərəfdarı olduğunu vurğulayıblar.
Jurnalistlərin nüvə sazişinin son vəziyyəti haqda suallarını cavablandıran Rusiya xarici işlər naziri ABŞ-ın bu sazişdən çıxmasını tənqid edib və rəsmi Vaşinqtonun sazişlə bağlı addımının BMT Təhlükəsizlik Şurasının qərarını açıq şəkildə pozmaq xarakteri daşıdığını deyib.
Sergey Lavrov bildirib ki, ABŞ-ın bu sazişdən çıxması regionda vəziyyəti gərginləşdirib.
Cavad Zərif də bu mətbuat konfransında Rusiya və Çinin öz öhdəliklərinə əməl etdiyini dilə gətirib. Lakin Cavad Zərif Avropa dövlətlərinin bu öhdəliklər məsələsində səhlənkarlığa yol verdiyini vurğualyıb və İran tərəfindən 4+1 ölkələrinə verilən 60 günlük möhləti yenidən xatırladıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB