Pakistanda partlayış olub 10 nəfər ölüb

Pakistanda partlayış olub 10 nəfər ölüb

Pakistanın Lahor şəhərində (Pəncab əyalətində) baş vermiş partlayışda ölənlərin sayı 10 nəfərə çatıb, 20 nəfər yaralanıb. Bu barədə "Samaa" telekanalı yerli polis idarəsinə istinadən məlumat verir.

Daha əvvəl partlayış nəticəsində beş nəfərin öldüyü xəbər verilirdi.

Qeyd edək ki, partlayış Data-Darbar məbədinin yaxınlığında baş verib. İlkin məlumatlara görə, partlayış şəhərdə fəaliyyət göstərən terrorçu qruplardan biri tərəfindən həyata keçirilib. SİA RİA"Novosti"yə istinadən xəbər verir ki, hücumun hədəfi xüsusi təyinatlı polisləri daşıyan avtobus olub.

Son məlumatlara görə, yaralılardan doqquzunun vəziyyəti ağırdır.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə