Suriya prezidenti Bəşər Əsəd təsəlli axtarışında

"Misir və digər ərəb ölkələrindəki qəzəb və ümidsizlik təkcə daxili durğunluqla deyil, həm də xarici faktorlar, eləcə də onilliklər ərzində regionun işlərinə cəlb edilən "nəhəng güc"lərin siyasəti ilə bağlıdır". SİA-nın xəbərinə görə, bunu Suriya prezidenti Bəşər Əsəd Amerikanın "The Wall Street Journal" qəzetinə müsahibəsində Tunis və Misirdə baş verən hadisələrə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, həmin ölkələrdə hələ də nəyin baş verdiyi aydın deyil. Belə ki, hər iki ölkədə baş verənlər regionda yeni eranın təməlini qoyub. Lakin gələcəyi bilinməyən eranın: "Bu dövrün böyük xaos və ya böyük qayda-qanuna aparıb çıxaracağı hələ də sual altında qalır. Son hələlik aydın görünmür".

 

Suriya lideri deyir ki, onların regiona təsirinə baxmayaraq Suriyada vəziyyət sabit olaraq qalır: "Mənim apardığım siyasi kurs insanların əminliyi olmadan həyata keçmir. Suriyanın vəziyyətinin hazırda etirazlar baş qaldıran ölkələrdən daha ağırdır. Lakin ölkə iqtisadiyyatı inkişaf edir, eyni zamanda buna baxmayaraq əhalinin əsas ehtiyaclarını təmin etmək mümkün olmur".

 

B.Əsədin fikrincə, məsələ təkcə insanların ehtiyaclarında deyil, buraya həm də ideologiya, etimad və yürüdülən siyasət də daxildir: " Sülhün mövcud olmaması İraqa müdaxilə və Əfqanıstanda baş verənlərin nəticəsi olaraq Fələstin və digər ərazilərdə baş verən hadisələr insanların qəzəbinə gətirib çıxarır".

Bütün xəbərlər Facebook səhifəmizdə