Braziliya prezidenti Jair Belsonaru silahla bağlı qanunun liberallaşdırılması ilə bağlı fərman imzalayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, silah sahibləri qərardan sonra ildə 5 min patron ala biləcəklər. Hansı ki əvvəl onlar 50 patron almaq hüququna malik idilər. Bundan başqa, yeni qərar ölkədə silahların idxal və yayılmasını asanlaşdırır.
“Bu fərman ictimai təhlükəsizlik layihəsi deyil. Bizim fikrimizcə bu layihə özündə daha çox şeyi ehtiva edir. Fərman tələbləri yerinə yetirdiyi təqdirdə insanlara fərdi şəkildə silah gəzdirmək hüququ verir”, - deyə prezident bildirib.
Qeyd edək ki, Jair Belsonaru 2019-cu ildə inaqurasiya mərasimindən sonra braziliyalılara 4 atəş silahını satın alıb evdə və iş yerində silah saxlamağa icazə verib. Silah haqqında qanunun liberallaşdırılmasının məqsədi vətəndaşların təhlükəsizliyini artırmaq olsa da, tənqidçilər bunun əks təsirlərindən qorxurlar.
Məlumat üçün nəzərinizə çatdıraq ki, Braziliya şiddətin ən yüksək səviyyəsi olan ölkələrdəndir. 2018-ci ildə bu ölkədə 51 mindən çox cinayət hadisəsi qeydə alınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB