Pakistanda partlayış ölən və yaralılar var

Pakistanda partlayış ölən və yaralılar var

Pakistanda məbəd yaxınlığında baş verən partlayış nəticəsində 3 nəfər ölüb, 18 nəfər isə yaralanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, hadisə Penjab əyalətinin elit polis qüvvələrinə məxsus yük maşının partlaması nəticəsində baş verib.

Hadisə yerinə polis və xilasedicilər cəlb edilib. Yaralılar xəstəxanaya çatdırılıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə