Yaponiyada 4,4 bal gücündə zəlzələ olub

Yaponiyada 4,4 bal gücündə zəlzələ olub

Mayın 8-də Yaponiyanın şimal-şərqində 4,4 bal gücündə zəlzələ olub. SİA Yaponiya Meteorologiya Agentliyinə istinadla xəbər verir ki, yeraltı təkanların episentri İvate prefekturasında, ocağı 50 kilometr dərinlikdə yerləşib.

Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir. Sunami xəbərdarlığı elan edilsə də, sonradan ləğv olunub.

Yeraltı təkanlar İvate, Aomori, Miyaqi və Fukuşima prefekturaları da daxil olmaqla ölkənin şimal və şimal-şərq ərazilərində hiss olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə