Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Mayk Pens bildirib ki, təmsil etdiyi ölkə Venesueladakı siyasi proseslərdə Xuan Quaydonu müdafiə etmiş general Manuel Kristofer Fiqerə tətbiq olunan sanksiyaları geri götürüb.
SİA-nın məlumatına görə, ABŞ-ın vitse-prezidenti Vaşinqtondakı mətbuat konfransında bu barədə deyib: “Onun demokratiya və qanunun aliliyi uğrunda son fəaliyyətlərini nəzərə alaraq mən bu gün general Manuel Kristofer Fiqerin üzərindən bütün sanksiyaların götürldüynü elan edirəm və bu qərar dərhal qüvvəyə minir. Biz qanunun aliliyi uğrunda mübarizə aparan digər şəxslərin də üzərindən sanksiyaların götürülməsinə baxacağıq”.
Qeyd edək ki, general Figer Venesuelanın kəşfiyyat orqanı rəhbərlərindən biri olub. O, tutduğu postdan azad edildikdən sonra Quaydonu müdafiə edib. Aprelin 30-da Quaydo tərəfdarlarının prezident Maduronu devirmək cəhdləri isə uğursuzluğa düçar olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB