Venesuela Ali Məhkəməsi bu gün Milli Assambleyanın 7 deputatına qarşı “Vətənə xəyanət” ittihamı ilə cinayət işi açıb.
SİA-nın xarici kütləvi informasiya vasitələrinə istinadən verdiyi xəbərə görə, söhbət Enri Ramos, Luis Florido, Marianel Maqalyanes, Xose Simone Kalsadilye, Andres Delqado Velaskes, Ameriqo de Qratsi və Riçard Blanko Delqado adlı deputatlardan gedir. Milli Assambleyanın sədri, özünü prezident seçkilərinin qalibi elan etmiş Xuan Quaydonun adı ittiham olunanlar sırasında yoxdur.
Ali Məhkəmənin qərarının surəti ölkənin Baş Prokurorluğuna göndəriləcək. Qərarda, ümumilikdə 18 nəfərin adı var. Onlar bu il aprelin 30-da dövlət çevrilişinə cəhddə ittiham olunurlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB