İYİ Partiyanın müraciəti rədd edilib

İYİ Partiyanın müraciəti rədd edilib

İstanbulda seçki nəticələrinin ləğvi qərarına yenidən baxılması ilə bağlı İYİ Partiyasının Ali Seçki Qurumuna (ASQ) göndərdiyi müraciət rədd edilib. Bu barədə “Habertürk” məlumat yayıb. Partiyanın sədri Maral Akşener bu barədə açıqlama verməkdən imtina edib.

Qeyd edək ki, dünən ASQ İstanbul Böyükşəhər Bələdiyyəsinə 31 mart tarixində keçirilən seçkinin nəticələrinin ləğvi haqqında qərar vermişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə