Türkiyə Suriya sərhədinə zirehli texnixa cəmləşdirir

Türkiyə Suriya sərhədinə zirehli texnixa cəmləşdirir

Türkiyə Suriya ilə sərhəddəki hərbi hissələri gücləndirməyə davam edir. SİA "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Suriya ilə sərhəddə yerləşən Kilis rayonuna zirehli texnika və hərbi maşınlar cəmləşdirilib. Türkiyənin müxtəlif hərbi birləşmələrindən sərhədə cəlb edilən hərbi texnika Kilisdən çıxarılaraq "Öncüpınar" sərhəd keçid məntəqəsinə gətirilib.

Hərbi texnika Suriya ilə sərhəddə yerləşən hərbi hissələrin gücləndirilməsi məqsədi ilə gətirilib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə