Talibanın 13 silahlısı öldürülüb

Talibanın 13 silahlısı öldürülüb

Əfqanıstan Ordusu ölkənin Bağlan əyalətində əməliyyat həyata keçirib və nəticədə Talibanın 13 silahlısı zərərsizləşdirilib. SİA-nın verdiyi xəbərə görə, bu barədə Əfqanıstan ordusu mənbələri məlumat veriblər.

Əfqanıstan ordusu mənbələri bildirib ki, Bağlan əyalətininin inzibati mərkəzi Pol-Xumri ətrafında Talibanın sığınacağı aşkar edilib və bura hücum zamanı 13 silahlı zərərsizləşdirilib.

Bu arada Əfqanıstan mənbələri ölkənin Fərah əyalətində Talibanın hücumu nəticəsində ölən əsgər və polislərin sayının 25-ə çatdığını deyiblər.

Əfqanıstan Ordusu və təhlükəsizlik qüvvələri son günlərdə ölkənin qərbində yerləşən Fərah əyalətində ciddi itkilərlə üzləşiblər.

Taliban hərəkatı ABŞ-la birbaşa danışıqlar aparsa da eyni zamnda hücumlarını davam etdirir. Yaz fəslinin gəlməsi ilə bu hərəkat hücumlarını daha da artırıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə