Papua Yeni Qvineyada güclü zəlzələ olub 7,2 bal

Papua Yeni Qvineyada güclü zəlzələ olub 7,2 bal

Mayın 7-də Papua Yeni Qvineyanın şərqində 7,2 bal gücündə zəlzələ olub. SİA xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Yeraltı təkanların episentri Bulolo şəhərindən 33 kilometr şimal-qərbdə, ocağı 126,9 kilometr dərinlikdə yerləşib.

Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə