Mayın 5-də Moskvanın “Şeremetyevo” hava limanında qəzaya uğramış “Aeroflot” şirkətinə məxsus SSJ100 təyyarəsinin parametrik qeydiyyatçısı (qara qutu) ciddi zədə alıb.
SİA-nın xarici kütləvi informasiya vasitələrinə istinadən verdiyi xəbərə görə, bu məlumatı Beynəlxalq aviasiya komitəsinin mətbuat xidməti verib.
Buna baxmayaraq səs qeydiyyatı aparan qurğu yaxşı vəziyyətdədir.
Qeyd edək ki, Moskvadan Murmanska uçan “Sukhoi Superjet 100” təyyarəsi 28 dəqiqə sonra əlverişsiz hava səbəbindən məcburi eniş edib. Ekipaj yalnız ikinci cəhddən sonra təyyarəni endirməyə nail olub. Enmə zamanı təyyarənin əsas dirəkləri qırılıb və mühərriklərində yanğın baş verib. Faciə nəticəsində 2-si azyaşlı olmaqla 41 nəfər həlak olub. 4 ekipaj zvü daxil olmaqla 37 nəfər yaralanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB