Braziliyada əməliyyat zamanı 8 nəfər öldürülüb

Braziliyada əməliyyat zamanı 8 nəfər öldürülüb

Braziliyanın paytaxtı Rio-de-Janeyronun şimalında yerləşən Favela da Mare qəsəbəsində aparılan əməliyyat zamanı 8 nəfər polis əməkdaşları tərəfindən güllələnərək öldürülüb. Bu barədə yerli polis nümayəndəsinə istinadən "Frans Press" məlumat yayıb.

"Biz təsdiq edirik ki, Mare kompleksində aparılan əməliyyat zamanı 8 şübhəli şəxs öldürülüb", - deyə məlumatda bildirilir. Hadisənin digər təfərrüatları barədə məlumat verilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə