Ukraynanın İvano-Frankovsk vilayətinin Krasnik Verxovinsk kəndi yaxınlığında belaruslu turistləri daşıyan avtomobilin aşması nəticəsində Belarusun 3 vətəndaşı ölüb, 8 adam müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. BELTA informasiya agentliyinin məlumatında deyilir ki, məlumatı Belarus XİN-in informasiya departamentinin rəhbəri Anatoli Qlaz yayıb. Onun sözlərinə görə, çaya düşərək aşan yük avtomobilində 23 nəfər olub. Ölən və yaralananların şəxsiyyətləri müəyyən edilib. Qlaz əlavə edib ki, turistlər qayıqla çayda üzmək üçün yüksək dağlıq əraziyə yollanıblar. Ukraynanın hüquq-mühafizə orqanları insidentlə bağlı təhqiqat aparırlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB