Misirin vitse-prezidenti Hüsnü Mübarəkin istefa verməsi ilə bağlı plan təqdim edib

Misirin vitse-prezidenti Hüsnü Mübarəkin istefa verməsi ilə bağlı plan təqdim edib
Misirin vitse-prezidenti Omar Süleyman dövlət başçısına ölkədaxili böhrandan çıxmaq üçün plan təklif edib. SİA-nın məlumatına görə, planda 82 yaşlı Hüsnü Mübarəkin ölkə başçılığından imtina etməsi nəzərdə tutulub. Plan prezidentin müavininə təqdim olunub, hələlik plan haqqında dövlət başçısının reaksiyası məlum deyil. Belə bir planın mövcudluğu ilə bağlı digər mənbələrdən heç bir məlumat əldə olunmayıb.

Qeyd edək ki, Omar Süleyman 29 yanvar tarixində Misirdə baş verən etiraz aksiyaları zamanı vitse-prezident seşilib. O zamana qədər ölkəni demək olar ki, 30 il tək idarə edən Hüsnü Mübarəkin heç bir köməkçisi olmayıb.

Yerli qanuna görə, ölkə başçısının istefasından sonra onun yerinə vitse-prezident keçir.

Bütün xəbərlər Facebook səhifəmizdə