Liviyada ölənlərin sayı 432-ə çatıb

Liviyada ölənlərin sayı 432-ə çatıb

Son ayda Liviya paytaxtı və ətrafında gedən döyüşlərdə həlak olanların sayı 432-ə çatıb. SİA əl-Məyadin telekanalına istinadla xəbər verir ki, bu barədə Beynəlxalq Səhiyyə təşkilatı məlumat verir.

Bildirilib ki, Liviya paytaxtı və ətrafında gedən döyüşlərdə ölənlərində sayı 432, yaralıların sayı isə 2069 nəfər təşkil edir.

Bu döyüşlər səbəbindən azı 50 min insanın ev-eşiyindən didərgin düşdüyü deyilib.

Xatırladaq ki, Liviyanın əksər hissəsini nəzarətdə saxlayan "Milli Ordu" general Xəlifə Həftərin 4 apreldəki hücum əmrindən sonra paytaxt istiqamətdə irəliləməyə başlayıb.

Hazırda "Liviya Milli Barışıq Hökuməti"nin qüvvələri paytaxtı və bir neçə sahil əyalətini Xəlifə Həftərin qüvvələrindən qorumağa çalışır.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə