Ukraynada turistləri daşıyan avtomobil çaya düşüb. Hadisə İvano-Frankovski vilayətində baş verib. SİA RT-yə istinadən xəbər verir ki, bu barədə məlumat Ukrayna Daxili İşlər Nazirliyinin saytında yerləşdirilib.
"Turistləri daşıyan yük maşını təxminən 40 metr yüksəklikdən çaya aşıb, maşına ümumilikdə 23 nəfər olub. Onlardan 14 nəfəri xilas olub, üçü isə Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən qurtarılıb", - məlumatda bildirib.
İtkin düşmüş 6 nəfərin axtarışı aparılır.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB