Liviyada gedən döyüşlərində 432 nəfər ölüb statistika

Liviyada gedən döyüşlərində 432 nəfər ölüb statistika

Liviyada Tripoli yaxınlığında gedən döyüşlərdə ölənlərin sayı 432, yaralıların sayı isə 2069 nəfərə çatıb. SİA-nın xəbərinə görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb.

“Tripolidə silahlı döyüşlər başlandığı vaxtdan indiyədək 432 nəfər ölüb, 2069 nəfər yaralanıb, 50 mindən artıq insan isə evlərini tərk etmək məcburiyyətində qalıb”,- deyə təşkilat öz “Twitter” səhifəsində qeyd edib.

Bundan öncə döyüşlərdə 370 nəfərin öldüyü açıqlanmışdı.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə