ABŞ qorxulu silahını sınaqdan keçirib

ABŞ qorxulu silahını sınaqdan keçirib

ABŞ Hərbi Hava Qüvvələri Nyu-Meksika ştatında lazer silahını uğurla sınaqdan keçirib. SİA xəbər verir ki, The Drive portalının yaydığı məlumata görə, “Ağ qumlar” poliqonunda keçirilən sınaqlar zamanı lazer qurğusu havada bir neçə raketi zərərsizləşdirib.

“Lockheed Martin” kompaniyası tərəfindən hazırlanan lazer silahı “hava-hava” və “yer-hava” tipli raketləri vuraraq ABŞ Hərbi Hava Qüvvələrinin təyyarələrinin təhlükəsizliyini təmin edəcək.

Sistemin silahlanmaya 2020-ci ilin ikinci yarısında qəbul ediləcəyi planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə