Əfqanıstanda polis məntəqəsi qarşısında partlayış olub 8 ölü, 55 yaralı
Əfqanıstanda baş verən partlayış nəticəsində səkkiz nəfər ölüb, 55 nəfər isə yaralanıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, ölənlərdən ikisi polis əməkdaşıdır.
Partlayış Baqlan əyalətində yerləşən polis məntəqəsinin qarşısında baş verib. Güc strukturu əməkdaşları məntəqəyə hücum edən silahlılardan ikisini zərərsizləşdirə bilib. Digərləri isə polislər tərəfindən mühasirəyə alınıb.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB