“Krılya Sovetov”dan heç-heçə

“Krılya Sovetov”dan heç-heçə

Rusiya Premyer Liqasında 27-ci turun oyunları davam edir.

Milli komandamızın hücumçusu Ramil Şeydayevin şərəfini qoruduğu “Krılya Sovetov” öz meydanında “Ufa”nı qəbul edib. Həmyerlimiz ötən tur keçmiş komandası “Zenit”ə qarşı Peterburqda baş tutmuş görüşdə qırmızı vərəqə alaraq meydanı tərk etdiyi üçün 1 oyunluq diskvalifikasiya olunması səbəbindən bu görüşü buraxmalı olub.

“Krılya Sovetov”da çıxış edın digər həmyerlimiz, mayın 29-da Bakıda keçiriləcək UEFA Avropa Liqasının final oyununun elçilərindən biri Aleksandr Səmədov isə meydana əsas heyətdə çıxsa da 34-cü dəqiqədə zədələnərək meydanı tərk edib.

Oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb. “Krılya Sovetov” 28-ci xalını qazanaraq 13 pillədəki yerini möhkəmləndirib və 14-сü pillədəki “Ufa” ilə 2 xallıq fərqi qoruyub.

Bu turun digər oyunları aşağıdakı hesablarla nəticələnib:

“Ural” – “Spartak” 0:1

“Zenit” – “Axmat” 1:1

“Arsenal” – “Lokomotiv” 2:0

“Yenisey” - “Anji” 3:1

“Rubin” – “Orenburq” 2:0

Tura bu axşam keçiriləcək “ÇSKA”-“Dinamo” və “Rostov”-“Krasnodar” görüşləri ilə yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə