“Fani” siklonundan ölənlərin sayı 29 nəfərə çatıb

“Fani” siklonundan ölənlərin sayı 29 nəfərə çatıb

Hindistanın Orissa ştatında baş vermiş güclü “Fani” siklonundan ölənlərin sayı 29 nəfərə çatıb.

SİA-nın məlumatına görə, daha əvvəl 16 nəfərin ölməsi barədə məlumat verilmişdi.

Ştatın baş katibi Aditya Prasad Padxanın sözlərinə görə, 29 nəfərdən 21-i Puri şəhərində həlak olub. Hökumət təbii fəlakətdən zərər görmüş 52 şəhər tipli rayonun minlərlə kəndində bərpa işləri təşkil edib.

Təbii fəlakət nəticəsində Orissa ştatında bir milyondan çox insan evakuasiya edilərək müvəqqəti yaşayış düşərgələrində yerləşdiriliblər. Bütün ştat üzrə 220-dən çox qatar reysi təxirə salınıb. Bir çox böyük şəhərlərdəki aeroportlar həftə sonuna kimi bağlı elan olunublar. Məktəblər, kolleclər və dövlət müəssisələri işləmir, bir neçə dəniz limanı fəaliyyətini dayandırıb.

Ekspertlərin fikrincə, bu, 2014-cü ildən sonra Orisse ştatında ən güclü siklondur, Hindistanda isə son 20 ilin ən böyük təbii fəlakətidir.

Bütün xəbərlər Facebook səhifəmizdə