Almaniya Pxenyanı raket proqramından imtina etməyə çağırıb

Almaniya Pxenyanı raket proqramından imtina etməyə çağırıb

Almaniya hesab edir ki, Koreya Xalq Demokratik Respublikasının növbəti raket təhdidləri təxribatdır və Pxenyan raket proqramından imtina etməlidir.

SİA-nın xarici kütləvi informasiya vasitələrinə istinadən verdiyi məlumata görə, bu barədə Almaniyanın Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib.

XİN-nin bu barədə bəyanatında deyilir: “Beynəlxalq ictimaiyyət Şimali Koreyadan raket və atom proqramından imtina ilə bağlı konkret addımlar gözlədiyi halda, Şimali Koreyanın son raket sınaqları yalnız təxribatdır. Almaniya ABŞ-ın danışıqlar prosesinin davamına hazır olduğunu bəyan etməsini alqışlayır. Biz Şimali Koreyanı istənilən təxribatdan çəkinməyə çağırırıq”.

Qeyd edək ki, Cənubi Koreyanın qəragah rəislərinin birləşmiş komitəsi Şimali Koreyanın qısa mənzilli raket sınaqlarını həyata keçirdiyini bildirmişdi. Baş Qərargah tərəfindən verilən açıqlamada Pxenyanın şənbə günü açıq dənizə bir neçə qısa mənzilli raket atdığı bildirilib. Məlumatda raketlərin səhər saatlarında Vonsan şəhərindən atıldığı qeyd edilib.

Daha sonra ABŞ prezidenti Donald Tramp bildirib ki, KXDR-nın son addımlarına baxmayaraq, bu dövlətlə nüvəsizləşdirmə ilə bağlı imzalanacaq müqavilə ölkəyə böyük iqtisadi xeyir gətirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə