Kuril adalarında zəlzələ olub.
SİA-nın xarici kütləvi informasiya vasitələrinə istinadən verdiyi məlumata görə, zəlzələ Şikotan Kuril adasında baş verib. Avropa Aralöq dənizi üzrə Seysmoloji Mərkəzdən verilən məlumata görə, təbii fəlakət 5,8 bal gücündə hiss olunub. Zəlzələnin episentri Şikotan adasından 61 kilometr cənubda baş verib. Zəlzələnin ocağı isə 30 kilometr dərinlikdə olub.
İnsan tələfatı və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB