Gürcüstanın Baş Naziri Mamuka Baxtadze bəyan edib ki, Amerika Birləşmiş Ştatlarının (ABŞ) hərbi bazalarının ölkə ərazisində yerləşdirilməsi məsələsinə milli maraqlar nəzərə alınmaqla qərar verilə bilər.
SİA-nın xarici kütləvi informasiya vasitələrinə istinadən verdiyi məlumata görə, Baş Nazir bu barədə deyib: “Mən tam məsuliyyətimlə bəyan etmək istəyirəm ki, bizim NATO, Avropa İttifaqı və strateji tərəfdaşımız ABŞ-la heç vaxt olmadığı kimi yüksək səviyyəli münasibətimiz var və biz bu münasibətləri daha da dərinləşdirmək istəyirik. Bu prizmadan çıxış etməklə də biz Gürcüstanın milli maraqlarına uyğun qərarlar qəbul edəcəyik”.
Gürcüstanın müxalifət partiyası “Vətənpərvərlər alyansı” dərhal bəyanat verərək, hökumətin ölkə ərazisində hər hansı hərbi blokun yerləşməsinə imkan verməməli olduğunu bildirib.
Rusiya Xarici İşlər Nazirliyindən isə bildiriblər ki, NATO son vaxtlar Qara dəniz regionunun aktiv hərbiləşdirilməsi xəttini tutub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB