Yeni sanksiyalarla bağlı heç bir təhdid İranla qanuni və qarşılıqlı mənfəətə söykənən əməkdaşlığımızı dayandırmayacaq. Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov ABŞ-ın İrana tətbiq etdiyi yeni sanksiyalar barədə danışarkən deyib. O, iranlı ortaqların bu sahədə daha zəngin təcrübəyə malik olduqlarına diqqət çəkib:
“Biz uzun müddətdir ABŞ-ın Rusiyaya sanksiya tətbiq etdiyi şəraitdə yaşayırıq. Bunun 2012-ci ildən bu yana belə davam etdiyini xatırladıram. Bu müddət ərzində ABŞ tərəfindən tətbiq edilən bu qeyri-qanuni üsula qarşı ciddi uyğunlaşdığımız ortadadır. Dolayısı yolla, bu cür təhdidləri sakit formada qəbul edirik, şantaja baş əymirik. Amerikalı həmkarlar öz yerli qanunlarını ölkə xaricində də tətbiq etmək haqları olduğu düşüncəsi ilə hansı tədbirləri görürsə görsün, ölkələrimizin beynəlxalq hüquqa və tamamilə yerli qanunvericiliyə uyğun olaraq nüvə sahəsi də daxil olmaqla, İran İslam Respublikası ilə əməkdaşlığımızı sistematik olaraq genişləndirib inkişaf etdirəcəyik”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB