Venesuelada hərbi helikopter qəzaya uğrayıb

Venesuelada hərbi helikopter qəzaya uğrayıb

Venesuelanın şimalında hərbi helikopter qəzaya uğrayıb. Bu barədə şənbə günü El-Atilo bələdiyyəsinin (Miranda ştatı) meri Elias Saye Twitterdəki mikrobloqunda məlumat verib. “Göyərtəsində yeddi nəfər olan hərbi helikopter bu gün səhər Oripotoda yaşıl zonada yerə çırpılıb. Bizim El-Atilo mülki müdafiə qüvvələrinin komandası axtarış işlərinə kömək edir”, - mer mikrobloqunda belə yazıb.

Hələlik ekipajın və sərnişinlərin taleyi barədə informasiya yoxdur. İlkin məlumata görə, söhbət Bell 412 helikopterindən gedir.

Bütün xəbərlər Facebook səhifəmizdə