Qəzza sektorunda itkilər artır

Qəzza sektorunda itkilər artır

Fələstin tərəfi şənbə günü Qəzza sektorundan İsrailin cənubundakı yaşayış məntəqələrinə 200 raket zərbəsi endirib.

SİA-nın xarici kütləvi informasiya vasitələrinə istinadən verdiyi məlumata görə, bu barədə İsrail ordusunun Twitter səhifəsində məlumat verilib.

İsrail tərəfi Qəzza sektorundakı Fələstin ordusunun 30-dan çox mövqeyinə cavab aviasiya zərbələri endirib.

Fələstin tərəfi 1 nəfərin həlak olduğunu, 4 nəfərin isə yaralandığını bildirib. İsrail tərəfi isə qarşı tərəfdən ən azı 5 terrorçunun öldürüldüyünü bildirib.

Qeyd edək ki, münaqişənin bu səviyyədə qızışması bu ayın ortalarında Təl-Əviv şəhərində keçirilməsi nəzərdə tutulmuş “Avroviziya” müsabiqəsinin taleyini sual altına ala bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə