Liviyanın Milli Barışıq Hökuməti (MBH) marşal Xalifa Xaftarın qoşunları ilə Tripoli ətrafında döyüşlər başladıqdan sonra 710 nəfər itki verdiyini bildirib.
SİA-nın xarici kütləvi informasiya vasitələrinə istinadən verdiyi xəbərə görə, bu barədə Liviya ordusunun Ali Baş Komandanının imzaladığı sənəddə məlumat verilib.
Qeyd edəkki, Xəlifə Xaftarın Liviya Milli Ordusu (LMO) ilə MBH-nin Tripoli uğrunda mübarizəsi aprelin 4-də başlayıb.
Qeyd edək ki, Liviya Milli Ordusunun (LMO) komandanı marşal Xəlifə Xaftar aprelin 4-də öz qüvvələrinə “Tripoliyə hücum” əmrini verib. Xaftar ordusu Liviyanın paytaxtından cənubda yerləşən Qaryan və Surman şəhərlərində hakimiyyəti ələ keçirib.
Həmçinin bildirək ki, 2011-ci ildə Liviya lideri Muammər Qəddafi devrilərək qətlə yetirildikdən sonra bu ölkə hərbi-siyasi böhran burulğanından yaxa qurtara bilmir. Hal-hazırda ölkədə ikihakimiyyətlilik hökm sürür.
Ölkənin şərqində xalq parlamenti, qərbində və mərkəzdə isə Fəyyaz Sərracın milli barışıq hökuməti fəaliyyət göstərir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB