Sərnişin təyyarəsi çaya düşüb

Sərnişin təyyarəsi çaya düşüb

ABŞ-ın Florida ştatında "Boeing 737" tipli sərnişin təyyarəsi çaya düşüb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, hadisə ştatın Ceksonvil şəhərində baş verib.

Şəhər meri Lenni Karri bildirib ki, qəza nəticəsində sərnişinlər arasında ölən olmayıb: "Kommersiya təyyarəsi çaya düşüb. Məni yanğından mühafizə xidmətindən məlumatlandırıblar, artıq onlar hadisə yerindədilər".

Ümumilikdə təyyarədə 136 nəfər olub. Onlardan ikisi yüngül xəsarət alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə