Filippinin Mindoro adasında 5,7 bal gücündə zəlzələ baş verib. Bu barədə Avropa Aralıq dənizi Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. SİA RİA Novosti agentliyinə istinadla xəbər verir ki, zəlzələnin episentri Adela yaşayış məntəqəsindən bir kilometr şərqdə və Filippinin paytaxtı Maniladan 239 kilometr cənubda 40 kilometr dərinlikdə yerləşib.
Tələfat və dağıntı barədə hələ ki məlumat daxil olmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB