Venesuela prezidenti Nikolas Maduro ölkə polisinin başçısını vəzifəsindən azad edib.
SİA-nın xarici kütləvi informasiya vasitələrinə istinadən verdiyi xəbərə görə, Karlos Peres Ampuedanın əvəzinə bu posta general Elio Estrada təyin olunub.
Bu təyinat ölkədə ixtişaşların getdiyi və müxalifətin çevrilişə cəhd etdiyi vaxta təsadüf edib.
Bundan əvvəl Maduro ölkənin kəşfiyyat xidmətinin başçısını da vəzifəsindən azad edərək bu posta general Qustavo Qonzales Lopesi təyin etmişdi. Adı çəkilən general artıq bu posta ikinci dəfə təyinat alır. Qustavo Lopes 2018-ci ildə də bu xidmətin başında durub. Lakin az müddət işlədikdən sonra o, Manuel Kristofer Figerlə əvəzlənmişdi.
Qeyd edək ki, aprelin 30-da Venesuela müxalifətinin lideri Xuan Quaydo ölkə başçısı Nikolas Maduronu devirmək üçün “Azadlıq” əməliyyatının son mərhələsinə keçildiyini bildirmiş və öz tərəfdarlarını “Karlota” hərbi bazasının yaxınlığındakı avtomobil yolu yaxınlığında toplamışdı. Müxalif lider orduya və vətəndaşlara Maduro hakimiyyətini yıxmaq üçün çağırış da etmişdi. Lakin çevriliş cəhdinin qarşısı Venesuela hökuməti tərəfindən alınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB