Türkiyədə avtobus aşıb, 7 nəfər ölüb

Türkiyədə avtobus aşıb, 7 nəfər ölüb

Türkiyənin Tokat vilayətinin Reşadiye rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. Türkiyə mətbuatının yaydığı xəbərdə deyilir ki, sərnişin avtobusunun aşması nəticəsində ən azı 7 nəfər ölüb, çoxlu sayda xəsarət alan var.

Sürücünün idarəetməni itirməsi nəticəsində qəzaya uğrayan avtobusdakı sərnişinlər yas mərasimindən qayıdan şəxslər olublar. Hadisə ilə bağlı təhqiqat aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə