BVF Ukrayna ilə əməkdaşlığın daha da inkişafında maraqlıdır

BVF Ukrayna ilə əməkdaşlığın daha da inkişafında maraqlıdır

Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri Kristin Laqard ilə Ukrayna prezidenti Petro Poroşenko bu gün telefon vasitəsilə ölkədəki iqtisadi vəziyyəti, həmçinin BVF-Ukrayna əməkdaşlığının davam erdirilməsi məsələlərini müzakirə ediblər

SİA-nın xarici kütləvi informasiya vasitələrinə istinadən verdiyi xəbərə görə, bu barədə BVF-nun mətbuat xidməti məlumat verib.

Görüşlə bağlı xanım Laqard bəyanatında deyib: “Mən Petro Poroşenkoya prezidentliyi dövründə bizimlə sıx əməkdaşlığına görə təşəkkür etdim. Bu əməkdaşlıq nəticəsində Ukrayna 2014-2015-ci illər dərin iqtisadi böhranından sonra müvəffəqiyyətlə makroiqtisadi stabilliyə və inkişafa qayıtdı. Biz bu unkişafı qoruyub saxlamağın vacibliyi, Mərkəzi Bankın müstəqilliyinin təmin edilməsi, həmçinin bank sisteminin stabilliyinin qorunulması ilə bağlı razılaşdıq. Bütün bunlara rəğmən, belə bir ortaq məxrəcə gəldik ki, Ukraynanın müasir bazar iqtisadiyyatına tranformasiyasının başa çatdırılması üçün daha çox iş görmək lazımdır. BVF bu məsələlərdə Ukraynanın güclənməsi üçün gələcəkdə də onu dəstəkləyəcək”.

Qeyd edək ki, ötən ay Ukraynada keçirilən prezident seçkilərində Poroşenko ikinci müddətə ölkəyə rəhbərlik etmək üçün namizədliyini versə də ikinci turda Vladimir Zelenskiyə uduzub. Ukrayna konstitusiyasına görə, seçkilər baş tutan gündən hesablanmaqla 1 ay ərzində hazırkı prezident səlahiyyətlərini başa vurmalıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə