Braziliya “bolivar”ın çapını və ixracını dayandırıb

Braziliya “bolivar”ın çapını və ixracını dayandırıb

Braziliya dövləti Venesuelanın milli valyutası olan “bolivar”ın qonşu dövlət üçün çapını və ixrac edilməsini dayandırıb.

SİA-nın xarici kütləvi informasiya vasitələrinə istinadən verdiyi xəbərə görə, Venesuelaya bolivarın çatdırılması ilə bağlı 2018-ci ildə imzalanmış müqavilənin müddəti bu ilin martında bitib. Bununla belə bildirilib ki, müqavilə birbaşa Venesuela hökuməti ilə deyil, transmilli kompaniya vasitəsilə imzalanmışdı.

Qeyd edək ki, 2003-cü ildən Venesueladakı bütün valyuta əməliyyatları dövlətin ciddi nəzarətində olub. Bu, nəticə etibarilə “qara bazar” kursunun yaranmasına gətirib çıxarıb ki, bu kurs rəsmi mübadilə kursundan on dəfələrlə fərqlənir.

Son üç ildə Venesuelada bolivarın kəskin çatışmazlığı səbəbindən bir çox ticarət müəssisələri dollar qəbuluna keçiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə