İki İsrail hərbçisi güllə yarası alıb.
SİA-nın xarici kütləvi informasiya vasitələrinə istinadən verdiyi xəbərə görə, onlar Qəzza sektorunda Fələstin snayperinin açdığı atəşdən yaralanıblar. Hadisə hər həftənin cümə günü fələstinlilərin keçirdiyi ənənəvi etiraz aksiyaları zamanı baş verib. İsrail tərəfi bildirib ki, atəş Qəzza zonasının cənub hissəsindən açılıb.
Ardınca etiraz aksiyası keçirən fələstinlilərlə İsrail hərbçiləri arasında baş vermiş toqquşmalarda Qəzza sektorunun 40 sakini yaralanıb.
Bundan sonra İsrail Hərbi-Hava Qüvvələri cavab həmləsi kimi “Həmas” hərəkatının nəzarətində olan posta və Əl-Burec rayonundakı Makbul hərbi bazasına hava zərbələri endirib. Nəticədə iki fələstinli həlak olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB