Vaşinqton Post: “Pakistanın 100-dən çox nüvə silahı var”

Vaşinqton Post: “Pakistanın 100-dən çox nüvə silahı var”

Pakistan nüvə silahını hər il davamlı olaraq artırır. SİA-nın məlumatına görə, "Vaşinqton Post" qəzeti, Pakistanın sahib olduğu nüvə silahının 100-dən çox olduğunu iddia edib. Qəzet iddiasında pakistanlı ekspertlərə və analitiklərə söykəndiyini yazıb.

Xəbərə görə, Pakistan 4 il bundan əvvəl ən çox 60 nüvə silahına sahib olub. Ölkənin indiki nüvə arsenalının isə ən böyük rəqibi Hindistandan iki dəfə çox olduğu bildirilir. Həmçinin, Pakistanın uran və plutondan hazırlanan nüvə bombası istehsalına son illərdə xüsusi diqqət ayırdığı qeyd edilib.

Qeyd edək ki, nüvə silahı nüvə reaksiyaları (bölünmə və ya sintez reaksiyaları, yaxud hər ikisi birlikdə) nəticəsində qapalı həcmdə böyük miqdarda ayrılan nüvədaxili enerjidən baş verən partlayış təsirli silahların ümumi adıdır. Bu reaksiyalarda maddənin kütlə vahidindən ayrılan enerji adi partlayıcı maddəyə nisbətən 20-80 milyon dəfə artıq olur. Son dərəcə sürətlə və külli miqdarda ayrılan enerji nüvə partlayışı kimi meydana çıxır və öz gücünə və zədələyici amillərinin (zərbə dalğası, işıq şüalanması, nüfuzedici radiasiya, radioaktiv zəhərlənmə və elektromaqnit impulsu) xarakterinə görə adi döyüş sursatlarının partlayışından fərqlənir. Müasir nüvə silahı kompleksi müxtəlif növ nüvə döyüş sursatından, onları hədəfə çatdıran vasitələrdən və idarəetmə vasitələrindən ibarətdir. Nüvə enerjisinin alınması üsuluna görə, ağır kimyəvi elementlərin atom nüvələrinin zəncirvari parçalanması reaksiyasına əsaslanan nüvə bombaları və yüngül elementlərin atom nüvələrinin sintez reaksiyasına əsaslanan istilik-nüvə bombaları var. Zədələyici amillərinin xarakteri eyni olduğu üçün hər ikisinə nüvə silahı deyilir. Neytron döyüş sursatı, habelə hidrogen-uran döyüş sursatları nüvə silahının xüsusi növləridir. Nüvə silahı ən güclü kütləvi qırğın vasitəsidir; inzibati mərkəzləri, sənaye və hərbi obyektləri dağıtmaq, canlı qüvvəni məhv etmək, yanğınlar törətmək, mühiti radioaktiv zəhərləmək və s. məqsədi güdür. Nüvə silahı insanlara güclü mənəvi və psixoloji təsir göstərir. Hazırda rəsmi olaraq ABŞ, Rusiya, Böyük Britaniya, Fransa və Çinin silahlı qüvvələri nüvə silahına malikdirlər. Raket-nüvə silahının meydana çıxması hərb elminin inkişafına güclü təkan verdi, döyüş əməliyyatlarının aparılması üsullarının xeyli dəyişməsinə səbəb oldu.

"Nüvə sınaqları bülleteni"nə görə nüvə döyüş başlıqlarının miqdarı aşağıdakı kimidir:

Ölkələr

1947

1952

1957

1962

1967

1972

1977

1982

1987

1992

2002

2009

ABŞ

32

1005

6444

26000

30893

27000

25000

23000

23500

12000

10600

3500

SSRİ/Rusiya

0

50

660

4000

8339

15000

25000

34000

38000

25000

8600

2800

Böyük Britaniya

20

270

512

512

Fransa

36

384

384

Çin

25

400

Hindistan + Pakistan

100

İsrail

200

Bütün xəbərlər Facebook səhifəmizdə