Arreasa: "Ölkəmizin Vaşinqtondakı səfirliyini qorumağı ABŞ hökumətindən tələb edirik"

Arreasa: "Ölkəmizin Vaşinqtondakı səfirliyini qorumağı ABŞ hökumətindən tələb edirik"

Venesuela hökuməti Amerika Birləşmiş Ştatlarından bu ölkənin Vaşinqtondakı səfirliyinin binasını qorumağı tələb edir.

SİA-nın xarici kütləvi informasiya vasitələrinə istinadən verdiyi xəbərə görə, bu barədə Venesuelanın Xarici İşlər naziri Xorxe Arreasa bəyanat verib. Nazir bu barədə deyib: “Biz diplomatik münasibətlər haqqında Vyana konvensiyasını imzalayan ölkələrdən biri kimi ölkəmizin Vaşinqtondakı səfirliyini qorumağı ABŞ hökumətindən tələb edirik. Necə ki, biz ABŞ-ın Karakasdakı səfirliyini qoruyuruq, qarşı tərəf də bizim diplomatik korpusu o cür qorumalıdır”.

Qeyd edək ki, artıq bir neçə həftədir ki, Venesuela səfirliyində Maduronu müdafiə edən amerikan qeyri-hökumət fəalları məskunlaşıblar. Venesuela diplomatları isə ABŞ Dövlət Departamentinin tələbi ilə ötən həftə binanı tərk edərək ölkələrinə gediblər. Arreasa qeyd edib ki, Venesuela XİN qeyri-hökumət fəallarının bu ölkənin Vaşinqtondakı səfirliyini qorumaq qərarına hörmətlə yanaşır.

Artıq ABŞ-ın Venesueladakı diplomatları da Karakasda yerləşən diplomatik korpusu tərk ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə