Sudanın baş prokuroru əvəzi Əl-Valid Seyid Əhməd ölkənin keçmiş prezidenti Ömər əl-Bəşirin çirkli pulların yuyulması və xarici valyutalarla maxinasiya üzrə dindirilməsini əmr edib.
SİA-nın xarici kütləvi informasiya vasitələrinə istinadən verdiyi xəbərə görə, baş prokuror Sudandakı xarici səhmlərlə bağlı da araşdırmalar aparılacağını bildirib.
Qeyd edək ki, Sudanda 4 aylıq xalq etirazlarından sonra aprelin 11-də hərbi çevriliş baş verib. Prezident Ömər əl-Bəşir əvvəlcə hakimiyyətdən uzaqlaşdırılıb, sonra isə həbs edilib. Bundan əlavə, prezidentin ailə üzvlərindən və məmurlardan da bir neçəsi dəmir barmaqlıqlar arasına salınıb. Hakimiyyəti ordu tərəfindən formalaşdırılan müvəqqəti hökumət həyata keçirir.
Aprelin sonlarında əl-Bəşirin evində axtarışlar zamanı müxtəlif valyutalarla 113 milyon dollar pul aşkarlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB