Ukrayna Silahlı Qüvvələrinin Donbasda təmas xəttindəki mövqelərinə xarici snayperlər yerləşdirilib. Bu barədə qondarma Luqansk Xalq Respublikası milis idarəsinin mətbuat xidmətinin zabiti İvan Filiponenko danışıb.
Bundan əlavə bölgədəki qüvvələrin komandanlığına həmçinin mina xəritələrinin tərtib edilməsi üzrə mütəxəssislər də gətirilib. Xaricilərin Gürcüstan və Litvadan gəldiyi bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB