Suriya ordusu təmizləmə əməliyyatına başlayıb

Suriya ordusu təmizləmə əməliyyatına başlayıb

İraqın Xalq Səfərbər Qüvvələrinin (Haşd-Şabi) sərhədboyu bölgələrdə təmizləmə əməliyyatı ilə eyni zamanda Suriya Ordusu və paralel qüvvələr də İraq sərhədi zolağında İŞİD üzvlərinə qarşı təmizləmə əməliyyatına başlayıblar. SİA bu barədə əl-Məyadin telekanalına istinadla xəbər verir.

Bildirilib ki, Suriya Ordusu və paralel qüvvələr İraqla sərhəddə yerləşən Dirazzur əyalətinin Bu-Kamal şəhərindən Homs əyalətinin əs-Savanatul-Buseyri sərhəd bölgəsinə qədər ərazilərdə təmizləmə əməliyyatına başlayıb. Eyni zamanda Haşd-Şabi də həmin sərhəd zolağının İraq tərəfində irimiqyaslı təmizləmə əməliyyatına başlayıb.

Haşd-Şabi və Suriya Ordusu bölgədə çoxsaylı İŞİD tunellərini və gizli otaqlarını aşkarlamaq istəyir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə