Rusiya xarici işlər naziri Sergey Lavrov ilə ABŞ dövlət katibi Mayk Pompeo arasında telefon danışığı baş tutub. SİA-nın verdiyi xəbərə görə, bu barədə Rusiya XİN-in mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, müzakirə mövzusu Venesueladakı vəziyyət olub. "Rusiya tərəfi, Vaşinqtonun suveren dövlətin daxili işlərinə müdaxiləsi, onun rəhbərliyini təhdid etməsinin beynəlxalq hüququn ciddi şəkildə pozulmasının təzahürü olduğunu vurğulayıb. Qeyd edilib ki, bu təcavüzkar addımların davam etdirilməsi ciddi nəticələrə səbəb ola bilər. Xaricdən müdaxilənin, xüsusilə də güc tətbiqinin demokratik proses ilə heç bir əlaqəsi yoxdur", məlumatda deyilir.
Söhbət zamanı Suriyadakı vəziyyətin humanitar aspektləri, xüsusilə Rukban və Əl-Haul qaçqın düşərgələrindəki vəziyyət müzakirə edilmişdir. Məlumata görə, telefon söhbəti ABŞ-ın təşəbbüsü ilə baş tutub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB